İcarəçinin öhdəlikləri:

  1. Avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında İcarəyə verənə ödəyir.
  2. İcarəçi avtonəqliyyat vasitəsini İcarəyə verəndən təhvil aldıqda bu muqavilə ilə yanaşı tərtib olunmuş və muqavilənin ayrılmaz hissəsi olan Təhvil təslim aktını (avtonəqliyyat vasitəsini İcarəyə verəndən təhvil götürdüyünü təsdiq etmək üçün) imzalamalıdır.
  3. Avtonəqliyyat vasitəsi razılaşdırılmış müddətin sonunda hər iki tərəfin birlikdə imzaladığı Təhvil təslim aktı əsasında geri təhvil veriləcək. Avtonəqliyyat vasitəsinin geri təhvil tarixi Təhvil təslim aktında qeyd olunan tarixdir. Aktın İcarəçi tərəfindən imzalanmaması və ya hər hansı bir formada boyun qaçırması və ya tərtib olunmuş sənədlərdə hər hansı bir formada İcarəyə verənin qəbul iradəsinin görünməməsi avtonəqliyyat vasitəsinin geri qaytarılmaması kimi hüquqi nəticələr yaradacaq.
  4. İcarəçi geri təhvil verərkən avtonəqliyyat vasitəsi Təhvil təslim aktına uyğun olmalıdır. Avtonəqliyyat vasitəsində qüsur aşkar edilərsə, qüsurların aradan qaldırılması xərcləri hesablanır və İcarəçi tərəfindən dərhal ödənilir.
  5. Avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə İcarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam maddi məsuliyyət daşıyır.
  6. Avtonəqliyyat vasitəsinin icarə müddəti bitdiyi gün (və saat )İcarəyə verənə “Təhvil-Təslim aktı” na əsasən qaytarır.
  7. Avtonəqliyyat vasitəsi üçüncü şəxs tərəfindən idarə olunacaqsa, İcarədar bu barədə dərhal İcarəyə verənə məlumat verməlidir və qanuna uyğun yol vərəqəsi almalıdır.
  8. İcarəyə verəndən Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsi tələb olunur.
  9. İcarəyə verən”, “İcarəçi”-nin icarə müqaviləsinin şərtlərini pozduğu halda və müqavilədə tələb olunan informasiyaların doğru olmadığını təsbit etdiyi halda vaxtından əvvəl müqaviləni ləğv edə bilər və bu zaman «İcarəyə verən»-nin müqaviləni ləğv etdiyi andan etibarən «İcarəçi» dərhal avtomobili geri qaytarmalıdır. AVTOMOBİLDƏN İSTİFADƏ QAYDALARI
  10. “İcarəçi” avtomobili istismara başlamazdan öncə, avtomobili idarə etmə şərtlər ilə tanış olmalıdır.
  11. “İcarəçi” avtomobili vicdanla və səliqəli idarə etməyə zəmanət verir. İstifadə müddəti o, öz hesabına müstəqil şəkildə ənənəvi standart xidməti avtomobilin suyunu, yağını, əyləc mayesinin normada olmasını nəzarətdə saxlamalı, istifadə olunmadığı müddətdə avtomobil siqnalizasiyaya qoşulmalıdır.
  12. Yanacağa görə olan xərc tamamilə «İcarəçi»-nin öhdəsinə düşür.
  13. İcarəçi» aşağıda göstərilən hallar üçün avtomobili idarə etməyəcəyinə dair zamindir

• Qadağan olunmuş təhlükəli mal və yüklərin daşınması;

• Mənfəət əldə etmək üçün sərnişinlərin daşınması (Taksi fəaliyyəti);

• Kənar şəxslərə idarə etməni öyrətmək (hətta qarşılıqsız);

• Digər avtomobillərin daşınması və buksirlənməsi üçün;

• Qəza və ya mexaniki nasazlıq zamanı;

  1. .« İcarəçi»-yə avtomobili dəyişmək, rəngini dəyişmək, hansısa detalları çıxartmaq, yeni detallar əlavə etmək, üzərinə yazı yazdırmaq qadağan edilir.
  2. .« İcarəçi» istifadə zamanı parkinq və qoyulan bütün cərimələri öz hesabına ödəməlidir. Əgər bu xərcləri “İcarəyə verən» ödəmişsə, «İcarəçi» gecikdirmədən xərclənən məbləği «İcarəyə verən»-ə kompensasiya etməlidir.
  3. İcarəçi» icarə müddəti ərzində avtomobilin saz formada qalmasını öhdəliyinə götürür.
  4. «İcarəçi»zəmanət verirki, istifadə zamanı avtomobili gündəlik nəzarətsiz qoymayacaq (qapı və pəncərələrin bağlı olması, açarların avtomobilin üzərində və ya salonda qalmaması).
  5. «İcarəyə verən»-nin xahişi ilə «İcarəçi» avtomobilin harda olması barədə məlumat verməyə borcludur.

XÜSUSİ ŞƏRTLƏR.

  1. İcarəçi avtonəqliyyat vasitələrini icarəyə götürmək üçün 24 yaş və yuxarı yaş həddinə və minimum 2 il B,C, qrupuna daxil olan sürücülük vəsiqəsinə malik olmalıdır.
  2. Avtonəqliyyat vasitəsi İcarəyə verənin məlumatı və ya razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxıla bilməz, bu halda İcarəçi məsuliyyət daşıyır.
  3. İcarəçi tərəfindən yol təhlükəsizlik qaydalarının pozulması daxil (İcarə verənnin təqsiri ilə bağlı olmayan) istənilən halda müvafiq icra hakimiyyəti orqanları tərəfindən avtonəqliyyat vasitəsinin saxlanması və ya tutulması müddəti icarəyə verilmiş vaxtın içində hesab olunur və həmin vaxt bu Müqavilə ilə nəzərdə tutulmuş istifadə müddətindən çoxdursa, İcarəçi onun dəyərini İcarə verənə ödəyir.
  4. İcarəçi tərəfindən spirtli içki, habelə narkotik vasitələrin təsiri altında və ya icazə verilmiş sürət həddinin aşılması, İcarəçinin qəsdən və ya kobud ehtiyyatsızlığı nəticəsində yol hərəkəti qaydalarını pozduqda avtonəqliyyat vasitəsinin sıradan çıxması hallarında avtomobilin kasko sığortası öz qüvvəsini itirir və avtomobilə dəyən ziyan icarəçi tərərindən ödənilir. İcarəçi hər növ qəza vəziyyətində avtonəqliyyat vasitəsinin yerini dəyişmədən, ən yaxın Yol Polis İdarəsinə müraciət edib, qəzanın təsdiqini və alkoqol test arayışını almalı, həmçinin Sığorta şirkəti və “Baku Time Rent A Car” MMC – nin İcarəçiyə avtonəqliyyat vasitəsini idarə etmək üçün verdiyi yol vərəqəsi üzərində qeyd olunmuş nömrələri ilə əlaqə saxlamalıdır. Əks halda dəyən ziyanın ödənilməsi icarəçinin tam məsuliyyəti altına düşür.
  5. Avtonəqliyyat vasitəsinin (İcarəçin səhvi olmadan ) mühərrik, transmisiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akumlyator və şinlərdə olan nasazlıqlara görə icarəyə verən cavabdehlik daşıyır, digər qüsurlara və İcarəçinin günahı ucbatından baş verən nasazlıqlara görə icarəçi tam maddi məsuliyyətlə cavabdehdir. Müəyyən qəza hadisəsində və ya İcarəçinin səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallara, şinlərə və cızıqlara görə İcarəyəverənə dəymiş ziyan İcarəçi tərəfindən ödənilir.
  6. İcarəçi avtonəqliyyat vasitəsini İcarəyə verənə Təhvil təslim aktı əsasında geri qaytardırdan sonra İcarəçinin səhlənkarlığı əsasında hər hansı radar və yol qayda pozuntularına görə inzibati tənbeh meydana çıxarsa bu qayda pozuntularına görə tərtib olunan cərimə və digər nümayəndəlik xərcləri İcarəçi tərəfindən ödənilməlidir.
  7. Sığorta müqaviləsində “Ümumi sığorta məbləği” növü tətbiq edildiyi halda sığorta ödənişi verildikdən sonra belə sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz.
  8. Avtonəqliyyat vasitəsi yolsuzluq şəraitində idarə olunub hadisə baş verərsə sığorta öz qüvvəsin itirir və sığorta keçərsiz sayılır və avtomobilə dəyən zərər icarəçi tərəindən ödənilir.

BİLDİRİŞ.

  1. Avtonəqliyyat vasitəsi Ov məqsədi ilə istifadə olunarsa və bu hal İcarəyə verən tərəfindən aşkarlanarsa İcarəçi 5000 manat cərimə olunacaq.
  2. Avtomobili sərxoş halda idarə etmək; 1000 manat cərimə.
  3. İdarə etməni digər şəxsə ötürmək; 300 manat cərimə.
  4. Avtomobillə avtoxuliqanlıq etmək; 1500 manat cərimə.
  5. İcarəçi “120 km/saat” sürət həddini aşarsa icarəçi avtomobilin transmisiya(arxa-qabaq körpü, ötürücü qutusu, mühərrik) və digər mexaniki hissə və mexanizmlərində dağılma və ya hər hansı bir növ qüsurlara görə tam məsuliyyət daşıyır və yaranan bütün nasazlıqların bütün xərclərini ödəməlidir.