Baku Time Rent a Car” ilə avtomobil icarəsi

Bizim avtomobil siniflərimiz: ekonom, biznes, yolsuzluq, idman, premium.

     Bizim şirkətdə avtomobili ən qısa zamanda icarələyə bilərsiniz. Şirkətimiz böyük avtoparka sahibdir və müştərilərinə avtomobilləri ilə yüksək səviyyəli xidmətə zəmanət verir. Siz avtomobili bizdən icarələməklə günün istənilən vaxtında Bakı şəhərində və ya Heydər Əliyev adına hava limanında əldə edə bilərsiniz, 24 saat xidmətinizdəyik. Bütün avtomobillərimiz əla texniki durumdadır və daimi servis nəzarətindədir. Siz əmin ola bilərsiniz ki avtomobillərimiz sizə narahatçılıq verə bilməz. Avtomobillərimizi istəyinizə uyğun olaraq çatdırılma xidmətimizlə sizə ən uyğun nöqtəyə çatdıra bilərik və icarə müddətinin sonunda sizə uyğun olan yerdə təhvil ala bilərik.

     Əlavə olaraq biz sizə sürücü ilə avtomobil icarəsi xidməti təklif edirik. Professional sürücümüz avtomobili ilə sizi hava limanında qarşılayıb, sizi otelinizə apara bilər. Gün ərzində(8 saat iş rejimi çərçivəsində) sürücümüz sizi restoran, biznes-mərkəzləri, turistik məkanlar və hər hansı bir istəyinizə uyğun olan məkanlara avtomobil ilə gəzdirə bilər.